Sakit okeanda 7,7 maqnitudada zəlzələ baş verib  

10:47 20.05.2023
Yazını böyüt
Yazını kiçilt

Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 416 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 45 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə hələ məlumat yoxdur.